TikTok bu gün dünyanın ən sürətli böyüyən sosial media platformasıdır. Geniş auditoriyaya çatmaq üçün böyük büdcə lazım deyil — doğru kontent viral ola bilər. TikTok alqoritmi izləyici sayından asılı deyil: yeni açılmış hesabın videosu milyonlara çata bilər. Bu xüsusiyyət kiçik bizneslər üçün böyük fürsətdir. Azərbaycanda 18–35 yaş qrupu TikTok-da aktiv şəkildə vaxt keçirir.
TikTok strategiyası üçün: autentik, təbii hiss verən kontentlər hazırlayın — həddən artıq "reklam" görünən videolar işləmir; trendləri izləyin lakin brend kimliyinizi qoruyun; tutoriallar, "pərdə arxası", "before & after" formatları yüksək əlaqə yaradır; TikTok Business hesabı açın və TikTok Ads Manager ilə hədəflənmiş reklam işlədin; hashtag tədqiqi aparın — sektorunuzda hansı hashtaglar aktiv istifadə edilir.