Podcast bu gün dünyada ən sürətli böyüyən məzmun formatlarından biridir. 500 milyondan çox podcast dinləyicisi var. İnsanlar iş gedərkən, idman edərkən, ev işləri görərkən podcast dinləyir. Bu, başqa heç bir məzmun formatında mümkün olmayan "multitasking" dinləmə vərdişidir. Brend üçün podcast düşüncə liderliyi yaradır, auditoriya ilə güclü emosional bağ qurur.
Podcast başlatmaq üçün: mövzunu, hədəf auditoriyanı, epizod uzunluğunu (20–40 dəq optimal) müəyyən edin; mikrofon keyfiyyəti ən vacib texniki amildir (Audio-Technica ATR2100 başlamaq üçün əladır); Spotify, Apple Podcasts, Google Podcasts kimi platformalara yükləyin; Anchor.fm (indi Spotify for Podcasters) pulsuz hosting verir; hər epizod üçün məzmun platformalarında (Instagram, LinkedIn, YouTube Shorts) klip paylaşın.