LinkedIn B2B marketinqi üçün ən güclü platformadır. 900 milyondan çox peşəkar istifadəçi ilə bu platforma korporativ qərar vericilərinə, menecer və direkterlərə çatmağın ən effektiv yoludur. LinkedIn Ads, iş adı, sektoru, şirkətin böyüklüyü, məzun olduğu universitet kimi spesifik kriteriyalar üzrə hədəfləmə imkanı verir. Üzvi məzmun üçün isə şəxsi profil şirkət səhifəsindən daha çox əhatə yaradır.
LinkedIn-də effektiv olmaq üçün: şəxsi profilinizdə düşüncə lideri kimi mövqelənin — sektoru ilə əlaqəli fikirlər, hadisələr, case study paylaşın; həftədə 3–5 dəfə aktiv olun; şərhlərlə əlaqə qurun; şirkət səhifəsini karyera imkanları üçün də istifadə edin; LinkedIn InMail ilə birbaşa potensial müştərilərə müraciət edin; LinkedIn Events ilə vebinar keçirib lider mövqe qazanın.